Real Madrid tarixinin ən yaxşı qapıçılarından biri vəfat edib

18:43 06.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Real"ın sabiq qapıçısı Migel Anxel 76 yaşında vəfat edib. Bu barədə İspaniya komandasının rəsmi saytı məlumat yayıb.
“Real Madrid Futbol Klubu, klubun prezidenti və onun İdarə Heyəti tariximizin ən böyük qapıçılarından biri, Real Madrid və İspaniya futbolunun əfsanəsi Migel Anxel Qonzalesin vəfatı xəbərini dərindən kədərləndirdi.

"Real Madrid" onun həyat yoldaşı Maria del Pilara, oğlu Migel Angela, nəvələri Daniela və Mauroya, qohumlarına, komanda yoldaşlarına və bütün sevdiklərinə başsağlığı və rəğbətini bildirir", - klubun açıqlamasında deyilir.
Angel 1967-1986-cı illərdə "Real Madrid"də çıxış edib. Komanda ilə birlikdə 8 dəfə İspaniya çempionu, 5 dəfə İspaniya kubokunun qalibi, 1985-ci ildə isə UEFA kubokunun qalibi olub. Qapıçı 1975-1982-ci illərdə İspaniya millisində çıxış edib, 18 oyun keçirib və iki dünya çempionatında - 1978 və 1982-ci illərdə iştirak edib.