Referans Sea Breeze Hospitalı fəaliyyətə başladı - 24 saat xidmət

14:56 29.06.2026 Müəllif:Ayəndə Dadaşova
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, iyunun 27-də kurort şəhərinin ilk çoxsahəli xəstəxanası olan Referans Sea Breeze Hospitalının rəsmi açılışı olub. Yeni tibb mərkəzi artıq ilk xəstələrini qəbul edir və Sea Breeze sakinlərinə və qonaqlarına 24 saat tibbi xidmət göstərəcək.

Hafta.az xəbər verir ki, xəstəxananın açılışı kurort şəhərinin infrastrukturunun inkişafında mühüm bir mərhələdir və burada rahat yaşayış, istirahət, təhsil, idman və yüksək keyfiyyətli səhiyyə xidmətlərini özündə birləşdirən tam inteqrasiya olunmuş şəhər mühitinin yaradılıb.

Referans Sea Breeze Hospitalı müasir infrastrukturla təchiz olunub və əsas müalicə və diaqnostika bölmələrini birləşdirir. Xəstəxananın strukturuna konsultativ-diaqnostik, doğum və neonatologiya, cərrahi, stomatoloji şöbələr, reanimasiya və intensiv terapiya şöbələri daxildir. Xəstələr müxtəlif ixtisaslar üzrə həkimlərlə məsləhətləşmələr, laboratoriya və şüa diaqnostikası, cərrahi müalicə, evdə tibbi xidmət və təcili tibbi yardım xidmətləri almaq imkanına malikdirlər. Bu kompleks yanaşma onlara bütün zəruri tibbi yardımı bir məkanda almağa imkan verir.

Hospital həmçinin xarici vətəndaşlara tibbi yardım göstərmək istiqamətində fəaldır. Bu xidmətin inkişaf etdirilməsi Azərbaycanın tibbi turizm üçün perspektivli bir məkan kimi mövqeyini gücləndirməyə kömək edəcək.

Referans Sea Breeze Hospitalının əsas prioriteti xəstələrin sağlamlığı və rahatlığıdır. Müasir idarəetmə sistemi, yüksək texnologiyalı avadanlıqlar və ixtisaslı mütəxəssislər komandası təhlükəsiz və yüksək keyfiyyətli tibbi xidməti təmin edir.

Hospitalın əməliyyat otaqları beynəlxalq standartlara cavab verir. Burada həm minimal invaziv, həm də mürəkkəb cərrahi prosedurlar ən yüksək təhlükəsizlik və dəqiqlik standartlarına uyğun olaraq həyata keçirilir. Müasir texnologiya və tibb qrupunun peşəkarlığı əməliyyatların beynəlxalq standartlarda aparılmasına imkan verir.

Layihə Azərbaycanın aparıcı tibb şəbəkələrindən biri olan Referans Medical Group tərəfindən həyata keçirilib. 2016-cı ildə laboratoriya xidmətləri ilə fəaliyyətə başlayan şirkət illər ərzində ölkənin ən böyük yerli klinika şəbəkələrindən birinə çevrilib. Bu gün Referans Medical Group həm Azərbaycanda, həm də xaricdə fəaliyyət göstərən və beynəlxalq standartlara uyğun tibbi yardım göstərən tibb müəssisələrini birləşdirir.

Əlaqə mərkəzi: *0033