Restoran və şadlıq sarayları necə mühafizə olunur? - DİN-dən AÇIQLAMA

12:45 20.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Tez-tez eşitdiyimiz xəbərlərdən biri də restoranlarda, şadlıq saraylarında bıçaqlanma hadisələrinin baş verməsidir.  Şadlıq saraylarında yeyib-içən adamlar az sonra potensial cinayətkara çevrilirlər. Belə anormal hadisələr bölgələrdə da yaşanır.

Maraqlıdır restoranların, şadlıq saraylarının mühafizə olunması bu gün həyata keçirilirmi? Restoranlar mühafizə polisi ilə müqavilələr bağlamaqda nə qədər maraqlıdırlar?

DİN mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov hafta.az-a açıqlamasında dedi ki, restoran və şadlıq sarayları çoxdur. Hamısı ilə müqavilələr olmasa da amma bu təcrübə var:

“Hansı restoranda müqavilə var, orada polis əməkdaşları mühafizə edir. Onlar müraciət edib, müqavilə bağladıqları halda qorunması üçün öncədən tədbirlər görülür. Bunun üçün restoranlar özləri də maraqlı olmalıdırlar”.