Ruben Vardanyanın dostu QARABAĞDAN QAÇDI – BU SƏBƏBƏ GÖRƏ

18:44 22.06.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə  Ermənistanın bir sıra nəşrləri Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonunun bir hissəsində, Kremlin himayəsində 32-ci ildir bəslənən separatçı-terrorçu rejimin keçmiş qondarma “dövlət naziri” Ruben Vardanyanın dostu və sabiq müşaviri Arman Akopcanyan "blokadanı yararaq” İrəvana qaça bilməsi haqda xəbər yayıb. Lakin jurnalistlər A.Akopcanyanın hansı səbəblərdən və nə məqsədlə qaçdığını aydınlaşdıra bilməyib. Erməni iş adamı suallardan yayınıb.

Hafta.az xəbər verir ki, “Johovurd” qəzetinin son araşdırması nəticəsində R.Vardanyanın dostunun Xankəndindən hansı məqsədlə qaçdığı aydınlaşıb.  Bəlli olub ki, A.Akopcanyan Ermənistana gələndən az sonra “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyana məxsus yanacaqdoldurma məntəqələri şəbəkələrindən birini alıb. Bildirilir ki, Q.Tsarukyan indiyədək “Multi Qas” və “Multi Leon” şirkətlərinin yanacaqdoldurma məntəqələrinə sahib olub.

Siyasət rubrikasından digər xəbərlər