Ruhani üzr istədi

17:47 15.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ruhani İranın Ukrayna təyyarəsini vurduğunu dərhal etiraf etmədiyi üçün üzr istəyib. 

TASS agentliyinin yaydığı məlumata görə, İran İslam Respublikasının başçısı həmçinin İran Silahlı Qüvvələrindən bu fəlakət barədə daha çox məlumat verilməsini tələb edib.


Məlumata görə, İran prezidenti Həsən Ruhani respublikanın Silahlı Qüvvələrinin Ukrayna təyyarəsini təsadüfən vurduğunu elan etməyi gecikdirdiyinə görə üzr istəyib və onun çıxışı çərşənbə günü İran dövlət televiziyası ilə yayımlanıb.
"Gecikdiyimizə və səsimizə görə üzr istəyərdim", deyə İran prezidenti deyib. Ruhaninin sözlərinə görə, insanlar təhlükəsizlik qüvvələrinin heç nəyi gizlətmədiyini başa düşməlidirlər.

Prezident əlavə edib ki, o, xalqın xidmətçisidir və onunla təvazökar və dürüst danışmalıdır.


Siyasətçi onu da qeyd edib ki, məhkəmə, hərbi qüvvələr və hökumət bir araya gələrək araşdırma aparmalı və nəticələrini dünyaya təqdim etməlidir.
O, həmçinin İran Silahlı Qüvvələrindən Ukrayna təyyarəsinin qəzaya uğraması ilə bağlı daha çox məlumat verməsini tələb edib.
"İstəyirəm ki, Baş Qərargah və ölkənin hərbçiləri gəlib istintaqın bütün təfərrüatlarını insanlara açıqlasınlar", deyə prezident bəyan edib.