Rumıniyalı müttəhim: "Hər bir xristian İsıamı qəbul etməlidir"

12:25 12.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rumıniyada Endryu Tate adlı vətəndaş məhkəməyə gedərkən özü ilə Quran kitabını da aparıb.

Hafta.az-ın İndependent-ə istinadən yazdığına görə, mütəşəkkil cinayət təşkilatının üzvü olmaq, insan alveri və zorlama ittihamları ilə mühakimə olunan sosial media fenomeni, həbs müddətinin 30 günədək uzadılması qərarına etiraz etmək üçün məhkəməyə qatılıb.

Dünən səhər saatlarında qardaşı Tristana qandallı halda Buxarestdə ədliyyə binasına daxil olan 36 yaşlı Tate əlində dini mətnlə görüntülənib.

Dekabrın 29-da Tate paytaxt Buxarestin şimalında mühakimə olunan qardaşı Tristanla birlikdə saxlanılıb. Onlarla yanaşı daha iki rumıniyalı şübhəli də həbsdədir.

Tate ötən ilin oktyabrında İslamı qəbul etdiyini açıqlayıb. Gettr-də paylaşdığı paylaşımda, "Mən buna görə müsəlman oldum. Yaxşılığa inanan və şərə qarşı əsl savaşı anlayan hər bir xristian dinini dəyişməlidir.

Dinini qəbul etməzdən əvvəl pravoslav xristian olan Tate 2017-ci ildən bəri yaşadığı Rumıniya kilsəsinə külli miqdarda pul verirdi.

Daha əvvəl İslamı tərifləyən Tate, İslamın "hazırda kişilərin üzləşdiyi bir çox problemləri həll etdiyini" və "Müsəlmanların inanclarını dəstəkləyəcək və istehzanı qəbul etməyəcək yeganə cəmiyyətdir" deyib. "Bu gün dünyanın ən yaxşı ölkələrindən bəziləri məhz müsəlman ölkələridir. Qətərə gedib, qucağında bir milyon dollarla küçənin ortasında yuxuya gedə bilərsən, sənə heç nə olmayacaq. Səudiyyə Ərəbistanına gedə bilərsiniz, sizə heç nə olmayacaq. Dubaya gedə bilərsən, sənə heç nə olmayacaq", - Tate deyib.