Yazını böyüt
Yazını kiçilt
Rusiyanın ən iri banklarında əsas valyutaların məzənnələri kəskin şəkildə qalxıb. Bu barədə RİA Novosti məlumat yayıb.
Dollar orta hesabla 90 rubla, avro 100 rubla təklif olunur.
Agentliyin məlumatına görə, ən yüksək göstərici Rosbank-da qeyd olunub. Orada dollar 105 rubla, avro 115 rubla satılır.
Ən aşağı məzənnə dolları 84,87 rubla, avronu isə 93,06 rubla satan Promsvyazbank tərəfindən müəyyən edilir.