Rusiya bu işdə İrana kömək edəcək

08:10 08.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Rusiya uranın zənginləşdirilməsi üçün lazım olan zəruri texnologiyalara malikdir və öz xidmətlərini İrana təqdim etməyə hazırdır".

Hafta.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rio-de-Janeyroda BRICS sammitinin yekunlarına dair deyib.

Onun sözlərinə görə, Moskva Rusiya müəssisələrində emal etmək üçün zənginləşdirilmiş uranın artıq hissəsini çıxarmağa və nüvə enerjisində istifadə etmək üçün onu İrana qaytarmağa hazırdır. /"İzvestiya"/