Moldova hökuməti Rusiyanın qanunları pozaraq separatçı Dnestryanı bölgəsində seçki bülletenlərini çap etdiyini bildirib.
Hafta.az-ın yazdığına görə, Moldova baş nazirinin reinteqrasiya məsələləri üzrə müavini Oleq Serebrian verdiyi açıqlamada "Yəqin ki, onlar sərhəd nəzarəti tərəfindən tutulmamaq üçün Dnestryanıda təxribat hazırlayıblar. Moldovanın sərhədləri daim yoxlanılır. Bu kimi təxribat planlarını ölkəyə gətirmək və ya sərhəddən çıxarmaq mümkün deyil" deyib.
Moldova Xarici İşlər Nazirliyi Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsovu Dnestryanı bölgənin müxtəlif məntəqələrində 6 səsvermə mərkəzinin yaradılmasından sonra çağırıb.
Baş nazirin müavini Rusiya vətəndaşlarının qanunvericiliyə uyğun olaraq yalnız paytaxt Kişinyovdakı Rusiya səfirliyində səs verə biləcəyini və qaydaların pozulduğunu bəyan edib.
Moldovanın Avropa İttifaqı tərəfdarı olan prezidenti Maya Sandu hakim Fəaliyyət və Həmrəylik Partiyasının parlamentarisi Oazu Nantoy Rusiyanın Ukrayna müharibəsində tətbiq etdiyi təxribat taktikası ilə ölkəni parçalamağa çalışdığını bildirib.
Digər tərəfdən, Vasnetsov Moldovada əksəriyyəti Dnestryanı bölgədə yaşayan təxminən 250 min Rusiya vətəndaşının asanlıqla səs verə bilməsini təmin etmək istədiklərini deyib. Səfir bu prosesdə heç bir qayda pozmadıqlarını iddia edib.
Moldova administrasiyası Rusiyada 2021-ci il parlament seçkiləri zamanı Dnestryanıda icazəsiz 24 səsvermə mərkəzinin yaradıldığını bildirmişdi.
Moldova 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini elan etdikdən sonra Dnestr çayının şərq sahilində yerləşən Dnestryanı Rusiyanın dəstəyi ilə birtərəfli qaydada müstəqilliyini elan edib.
Bundan sonra Moldova ilə Dnestryanı arasında başlayan silahlı qarşıdurmalar 1992-ci ildə atəşkəslə başa çatıb. Qarşıdurmalarda mindən çox insan həyatını itirib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olan heç bir ölkə tərəfindən tanınmayan Dnestryanı bölgədə Rusiyanın 1500-ə yaxın əsgəri "sülhməramlı" olaraq yerləşdirilib.
Martın 15-17-də Rusiyada keçiriləcək prezident seçkilərində prezident Vladimir Putin də daxil olmaqla 4 namizəd mübarizə aparacaq.
Seçkilərdə Rusiyanın 2022-ci ildə ilhaq etdiyi Ukraynanın şərqindəki 4 regionda, eləcə də 2014-cü ildə ilhaq edilmiş Krımda səs veriləcək.