Rusiya hərbçiləri erməni jurnalistləri Zabuxa buraxmadı

19:54 19.08.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Haqqın.az saytının rəhbəri Eynulla Fətullayev Zabux kəndinə səfər etdikdən sonra erməni jurnalistlər də kənd Azərbaycanın birbaşa nəzarətinə keçməmiş kəndə girməyə cəhd ediblər. Lakin Rusiya sülhməramlıları onları buraxmayıb.

Hafta.az xəbər verir ki, bu haqda Ermənistan bürosunun əməkdaşları da bəhs edilən kəndə buraxılmamış İnfoteka24.ru Rusiya-Ermənistan nəşri məlumat yayıb.

Məlumata görə, Qarabağdakı sadə ermənilər də Zabuxa buraxılmır. Kəndə  girməyə yalnız orada qohum-əqrəbası olanlar buraxılır və o halda onları keçid məntəqəsində qohumları qarşılamalıdır.

Xəbərdə xatırladılır ki, Zabux Azərbaycana avqustun 25-də təhvil veriləcək.

Bildirilir ki, "İnfoteka24"-ün çəkdiyi foto Zabuxa yaxınlaşmaq mümkün olan ən yaxın yerdən çəkilib.