Rusiya ilə Çin arasında iki yeni dəmir yolu xətti çəkiləcək

11:00 27.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qərbin sanksiyalarından sonra Moskva-Pekin xəttində əməkdaşlıq daha da inkişaf edir. Rusiya ilə Çin arasında irimiqyaslı yeni dəmir yolu layihələri üçün tədbirlər görülüb.

Hafta.az-ın yazdığına görə, Sibir Federal Dairəsinin inkişaf strategiyaları çərçivəsində 2035-ci ilə qədər Rusiyadan Çinə iki dəmir yolu layihəsinin inşası planlaşdırılır. Bildirilir ki, layihə çərçivəsində kömürün Rusiyadan Çinə, konteynerlərin isə Çindən Rusiyaya daşınması mümkün olacaq.

Yeni dəmir yolu layihələrinin uzunluğunun bir neçə min kilometrə çatacağı gözlənilir.

Rəsmi Moskvanın Rusiyadan Çinə uzanan tarixin ən böyük dəmir yolu layihələrindən birinə 31 milyard dollar ayıracağı yazılıb.

Nəqliyyat Nazirliyinin hökumət üçün hazırladığı təqdimata görə, xəttin 369 kilometri Rusiya, 3 min kilometri isə Çin, Qazaxıstan və Monqolustan sərhədləri daxilində yerləşəcək.