Rusiya Nazirlər Şurası 2023-cü ilin yanvar-oktyabr aylarında Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsinin fiziki həcmdə 49,8 faiz artdığını bildirib.
Hafta.az-ın yazdığına görə, açıqlamada, “Türkiyə 2022-ci ilin sonu etibarilə Rusiyanın xarici ticarət tərəfdaşları arasında ikinci yerdədir. İkitərəfli ticarət dövriyyəsi ümumilikdə 85,8 faizə yaxın, 2023-cü ilin yanvar-oktyabr aylarında ötən ilin eyni səviyyəsi ilə müqayisədə isə Rusiya - Türkiyə ticarət dövriyyəsi fiziki həcmdə 49,8 faiz artıb” deyilib.
Açıqlamada bildirilir ki, bu dövrdə kənd təsərrüfatı məhsullarının dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz artıb, hər iki ölkədən tədarük olunan ərzaq məhsullarının təhlükəsizliyi yaxşılaşdırılıb. 2023-cü ilin ilk üç rübündə rusiyalı turistlərin beynəlxalq səyahətlərinin 22 faizi Türkiyəyə olub, rusiyalı turistlər Türkiyəyə xarici turist axınının 13,2 faizini təşkil edib.