Yazını böyüt
Yazını kiçilt
Rusiya Kənd Təsərrüfatı Nazirliyi dekabrın 1-dən gələn il may ayının 31-dək makaron istehsalında istifadə edilən buğdanın ixracına müvəqqəti qadağa qoyulmasını təklif edib.
Hafta.az-ın yazdığına görə, nazirlik tərəfindən hazırlanan və hüquqi tənzimləmə layihələri portalında dərc edilən qərarda hərbi hissələrin tələbatının ödənilməsi üçün tranzit daşımalar və hökumətlərarası sazişlər çərçivəsində humanitar yardım məqsədilə buğda tədarükü bu qadağaya istisna kimi göstərilib.
Həmçinin, qadağanın Belarus, Abxaziya və Cənubi Osetiyaya buğda ixracına şamil edilməməsi xahiş olunur.
“Rusagrotrans”ın ilkin məlumatlarına görə, Rusiya oktyabrda 5 milyon ton buğda ixrac edib ki, bu da 2022-ci ilin analoji dövrünün tədarük həcmini (4,88 milyon) ötüb.