Qərb dövlətinin tətbiq etdiyi sanksiyalardan ən çox təsirlənən sektorlardan biri olan aviasiya sənayesi Rusiyada yerli məhsulların inkişafına diqqət yetirir.
Hafta.az-ın yazdığına görə, Rusiya baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturov 2030-cu ilə qədər yerli və milli imkanlarla genişgövdəli uzaqmənzilli təyyarə hazırlayacaqlarını bildirib.
Ar-Ge çalışmalarına başlanan uzaqmənzilli təyyarənin 2028-2030-cu illərdə istehsala buraxılması planlaşdırılır.
RİA Novosti-nin xəbərinə görə, 3-4 ildir Çinlə birgə hazırlanan geniş gövdəli uzaqmənzilli sərnişin təyyarəsi layihəsi davam edəcək, lakin ikitərəfli layihədə bəzi dəyişikliklər olunacaq. Bundan əlavə, Rusiya da öz təyyarə layihəsinə başlayıb, NRC Jukovsky İnstitutu yeni texnologiyalar üzərində araşdırmalarını davam etdirir.
Əvvəllər Jukovski İnstitutunun Tədqiqat Mərkəzinin tərkibində olan Baranov Mərkəzi Aviasiya Mühərrikləri İnstitutu təyyarələr üçün bir sıra innovativ hibrid və tam elektrik mühərrikləri hazırlamaq planlarını açıqlayıb. Elektrik mühərrikləri yüzə qədər sərnişin daşıya bilən təyyarələr və konvertiplanlar üçün nəzərdə tutulacaq.
Rusiya Federasiyası Sovet İttifaqı dövründən bu yana mülki və hərbi sahədə istifadə üçün təyyarə və helikopterləri tamamilə öz imkanları ilə istehsal edə bilən ölkələr sırasındadır.