2023-cü ilin birinci yarısında Rusiya qazının Avropaya ixracı təxminən 40 milyard kubmetr azalıb, ilin sonuna qədər Rusiyada hasilat daha 62 milyard kubmetr azalacaq.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) qaz bazarına dair icmalında deyilir. “2023-cü ilin birinci yarısında Rusiya qazının boru kəməri ilə Avropa İttifaqına tədarükü 75%-dən çox (və ya 36 milyard kubmetr) azalıb”, - məlumatda deyilir.
Sənədə əsasən, bu il Rusiyada təbii qaz hasilatı ötən ilin göstəriciləri ilə müqayisədə 62 milyard kubmetr azalacaq: 2022-ci ildəki 672 milyard kubmetrdən bu il 610 milyard kubmetrə qədər (9,2 faiz) azalacaq.
Müharibədən əvvəlki 2021-ci ildə Rusiya 762 milyard kubmetr istehsal edib, yəni iki il ərzində ümumilikdə Rusiya Federasiyası 152 milyard kubmetr təbii qaz hasilatını itirəcək.