Yazını böyüt
Yazını kiçilt
Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 42-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
AZƏRTAC xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus iki yük avtomobilin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib.
Bu bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.