Qaydar İnstitutunun araşdırmaları nəticəsində məlum olub ki, Rusiya şirkətləri 1996-cı ildən bəri ən böyük işçi çatışmazlığı ilə üzləşib. Kadr tapmaqda çətinlik çəkən sənaye şirkətlərinin nisbəti yüzdə 35 olaraq açıqlandı. Xüsusilə yüngül istehsalat sahəsində vəziyyətin ağır olduğu bildirilir.
Hafta.az-ın yazdığına görə, istitut 1992-ci ildən başlayaraq hər ay sənaye müəssisələrinin rəhbərləri ilə konyuktur sorğu keçirir. Müntəzəm sorğularda iştirak edən müəssisələrin sayı minə yaxındır.
İnstitutun direktoru Sergey Tsuhlo bildirib ki, müharibə başlayandan sonra sənaye müəssisələrinin böyüməsinə ən böyük maneə kadr çatışmazlığıdır. "Problem ciddidir və uzun müddət bizimlə olacaq", - Tsuhlo deyib.
Tsuhlo bildirir ki, xarici şirkətlər getdikdən sonra yerlilər üçün geniş bir sahə açılıb, lakin lazımi sıçrayışı etmək üçün lazım olan işçi qüvvəsi ölkədə mövcud deyil.
Rusiya tarixinin ən böyük işçi çatışmazlığından əziyyət çəkir
12:50 19.05.2023
Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
İqtisadiyyat rubrikasından digər xəbərlər