Rusiya-Türkiyə marşrutu üzrə həftədə 1200 uçuş həyata keçiriləcək

11:00 23.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tur qiymətlərinin artmasına baxmayaraq, Türkiyə hələ də rus turistlər arasında ən populyar istirahət məkanı olaraq qalır.

Hafta.az-ın “Moskovskiy Komsomolets” qəzetinə istinadən yazdığına görə, iyul ayından etibarən Moskva ilə Antalya arasında uçuşlar 22800 rubldan, Moskva ilə Alanya arasında isə 36 min rubldan başlayacaq. Moskva-Bodrum reyslərinin qiyməti isə 27 min rubl təşkil edir.

Rusiya Turizm Sənayesi İttifaqının vitse-prezidenti Dmitri Qorin məlumat verib ki, bu il Rusiyanın 18 şəhərindən Türkiyəyə, iyul və avqust aylarında həftədə 1200 uçuş həyata keçiriləcək.

Ötən ilin eyni dövründə Rusiyadan Türkiyəyə həftədə təxminən 700 uçuş təşkil edilib.

Tur qiymətlərinin yüksəlməsinə baxmayaraq, rusiyalı turistlərin Türkiyəyə marağının artmasına turistlərin xaricdə bank kartları ilə bağlı yaşadıqları problemlər, viza almaqda çətinlik çəkmələri və birbaşa otellərə ödəniş edə bilməmələri kimi səbəblər göstərilir.