Rusiya ÜTT və BVF-dən çıxmaq fikrində deyil - XİN

14:32 28.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Pankin bildirib ki, Rusiya Ümumdünya Ticarət Təşkilatına üzvlükdən və Beynəlxalq Valyuta Fondunun fəaliyyətində iştirakdan imtina etmək fikrində deyil. TASS-ın məlumatına görə, o bildirib ki, belə bir addım milli iqtisadiyyatın süni şəkildə özünütəcridinə gətirib çıxara bilər.

"Bu günə qədər müvafiq idarələrin, o cümlədən Rusiya Xarici İşlər Nazirliyinin mövqeyi dəyişməyib - biz hələ də ÜTT-ni Rusiyanın ticarət-iqtisadi maraqlarının müdafiəsi üçün vacib və mübahisəsiz platforma hesab edirik", - Pankin deyib və əlavə edib ki, təşkilatdan çıxmaq xarici iqtisadi əlaqələrin səviyyəsi və keyfiyyətinə mənfi təsir göstərə bilər.

BVF-yə gəlincə, təşkilat "müharibədən sonrakı iqtisadi dünya nizamının mühüm elementidir", ona görə də onun fəaliyyətində iştirak mühüm "dəyərə" malikdir və həmçinin "qabaqcıl beynəlxalq maliyyə ekspertizasına çıxışı təmin edir", diplomat qeyd edib. Həmçinin, onun sözlərinə görə, Moskva “qlobal iqtisadi təşəbbüslərin və layihələrin əlaqələndirilməsi prosesində iştirakına” görə BVF-də iştirakını davam etdirməkdə maraqlıdır.