Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova Çinlə birgə film layihələri üçün fəaliyyət planı hazırladıqlarını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, 44 yaşlı siyasətçinin Pekində Çin Kommunist Partiyasının Təbliğat Departamentinin rəis müavini, dövlət media qurumlarını bir dam altında birləşdirən Çin Media Qrupunun rəhbəri Şen Hayxionqla görüşündən sonra Rusiya Mədəniyyət Nazirliyi Lyubimovanın bəyanatını dünyaya açıqlayıb.
Lyubimova "Məqsədimiz Rusiya və Çində böyük tamaşaçı kütləsi toplamaq və ortaq istehsalla istehsal olunacaq filmlərlə yüksək bədii dəyərə çatmaqdır" deyib.
Şen Hayxionq, həmçinin iki ölkənin kino sahəsində əməkdaşlığının artmalı olduğunu bildirib. “Biz iki ölkənin kino sənayesinin liderləri arasında açıq dialoqu yüksək qiymətləndiririk və Rusiyanın təkliflərini dəstəkləməyə hazırıq”, - o deyib.
Rusiyanın dövlət RT telekanalı Moskvadakı rəsmilərin Çin tərəfinə sənədli filmlər və animasiyalar kimi müxtəlif layihələr təklif etdiyini bildirib. Qeyd olunub ki, Rusiya istehsalı olan “The Wizard of the Emerald City: Part 1” filminin Çin kinoteatrlarında nümayişi də müzakirə edilib.
Çin rəsmilərinin cavab səfəri zamanı Moskvada saziş imzalanması barədə razılıq əldə olunub.
Rusiya Mədəniyyət Nazirliyi, Çinlə birgə istehsal edilən “Qırmızı İpək”in fevral ayında ölkədə nümayiş etdirildiyini, kassada bir ayda 500 milyon rubl qazandığını və filmin yaxın zamanlarda Çin kinoteatrlarında nümayiş olunacağını xatırladıb.