Rusiya və İran gömrük rüsumlarını sıfırladı  

10:35 23.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hərbi, texnki və enerji sahələrində bir çox kritik tərəfdaşlıq imzalayan Tehran və Moskva indi ikitərəfli ticarətdə gömrük rüsumlarını ləğv etməyə hazırlaşır.

Hafta.az-ın yazdığına görə, Avrasiya İqtisadi İttifaqı ilə İran arasında azad ticarət sazişinin 2023-cü ilin sonuna qədər imzalanması planlaşdırılır.

Tehranın Rusiya-İran müştərək Ticarət Palatasının nümayəndəsi Kəmbiz Mirkazemi bildirib ki, İranla Rusiya 2024-cü ilin mart ayına qədər iki ölkədən mal idxalına görə gömrük rüsumlarının aradan qaldırılması barədə razılığa gəliblər.

İRNA agentliyinə danışan Mirkazemi İranla Rusiya arasında kommersiya vergilərinin ilin sonuna kimi ləğv ediləcəyini, İran, Rusiya, Ermənistan və Belarusun ticarət əməliyyatlarında tezliklə milli valyuta ilə hesablaşacağını və gömrük sərhədlərinin bu ölkələrdən mal idxalına tam açıq olacağını vurğulayıb. 

Avrasiya İqtisadi Birliyi Şurasının iclasından sonra verilən mətbuat açıqlamasında Birliklə İran arasında azad ticarət sazişi layihəsi üzərində işlərin tamamlandığı və sözügedən sənədin bu il imzalanmasının planlaşdırıldığı açıqlanıb.