Rusiya yenidən dünyanın ən böyük 10 iqtisadiyyatına qayıtdı

13:25 08.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rəsmi statistika göstərir ki, Rusiya 2014-cü ildən bəri ilk dəfə dünyanın ən böyük iqtisadiyyatları sırasında öz yerini tutub.

Hafta.az-ın RİA-ya istinadən yazdığına görə, Dünya Bankı və milli statistika xidmətlərinin məlumatlarına əsaslanan araşdırmaya əsasən, 2022-ci ildə 2,3 trilyon dollarlıq məhsul və xidmət istehsal edən Rusiya bu göstərici üzrə dünyada səkkizinci yerdə qərarlaşıb.

Rusiyanın ÜDM-i 2014-cü ildə 2,05 trilyon dollarla dünyada sonuncu dəfə 9-cu yerdə qərarlaşıb. Ölkə 2021-ci ildə bu reytinqdə 11-ci olub.

Qeyd edək ki, ötən il isə dünyanın ən böyük iqtisadiyyatı yenə 25,46 trilyon dollarla ABŞ olub, Çin 17,94 trilyon dollarla ikinci, Yaponiya 4,17 trilyon dollarla üçüncü, Almaniya 4,07 trilyon dollarla dördüncü, Hindistan isə 3,4 trilyon dollarla beşinci pillədə qərar tutub.