Rusiya bazarlarında bahalaşma tendensiyasını sürətlənib. “Rosstat” və İqtisadi İnkişaf Nazirliyinin açıqladığı statistikaya əsasən, bu, son 20 ildə ən yüksək inflyasiya dövrüdür.
Hafta.az-ın yazdığına görə, Rusiyada inflyasiya oktyabrın 31-dən noyabrın 7-dək olan bir həftə ərzində ötən ilin bütün noyabr ayında olduğu kimi artıb. Həftəlik 0,42 faiz artımla illik inflyasiya 6,99 faizlə zirvəyə çatıb.
İnflyasiyanı artıran amil isə ilin əvvəlindən supermarketlərin tərəvəz-meyvə bölmələrində sürətli qiymət artımıdır. “Rosstat”ın məlumatına görə, ilin əvvəlindən banan 42,9 faiz, pomidor 29,5 faiz, kələm 21,2 faiz, alma 14,5 faiz, toyuq əti 29,7 faiz, toyuq yumurtası 21,2 faiz, quzu əti 16,3 faiz, mal əti 12,4 faiz bahalaşıb.
RBC-ya danışan analitikin fikrincə, ərzağın qiyməti inflyasiyanın önündə gedir, qeyri-ərzaq malları isə məzənnəyə həssaslıqla yüksəlir. Son zamanlar hökumətin rubla dəstək tədbirləri nəticəsində milli valyuta dəyər qazansa da, dollar və avro ilin əvvəli ilə müqayisədə hələ də 40 faiz bahalaşıb.
Analitiklər inflyasiyanın Mərkəzi Bankın ilin sonuna kimi 7-7,5 faiz proqnozunu aşması riski daşıdığını və yeni faiz artımının ola biləcəyini vurğulayırlar.
Mərkəzi Bank hər il faiz dərəcələrini mərhələli şəkildə 7,5 faizdən 15 faizə qaldırarkən, dekabr iclasında onu 17 faizə qədər artıra biləcəyi bildirilir.