Yazını böyüt
Yazını kiçilt
Rusiyada iyunun 23-dən 29-dək istehlak bazarında benzinin qiyməti 1,6 faiz, dizel yanacağının qiyməti isə 2,2 faiz artıb. Bu barədə Rusiya Federal Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatında bildirilir.
Hafta.az xəbər verir ki, iyunun 29-na olan məlumata əsasən, benzinin orta pərakəndə satış qiyməti hər litr üçün 72,38 rubl təşkil edib.
Bununla yanaşı, ölkənin yanacaqdoldurma məntəqələrində həm benzinin, həm də dizel yanacağının qiymətlərinin artımı davam edir.