Yazını böyüt
Yazını kiçilt
Rusiya Maliyyə Nazirliyi yanvar-aprel aylarında dövlət büdcəsinin 3,4 trilyon rubl (44,73 milyard dollar) kəsiri olduğunu açıqlayıb.
Hafta.az-ın Lenta.ru-ya istinadən yazdığına görə, beləliklə, dörd aylıq büdcə kəsiri ilin sonuna nəzərdə tutulandan (2,9 trilyon rubl) artıq olub.
Prezidentin müşaviri Maksim Oreşkin aprel ayı etibarilə dövlət büdcəsinin profisitinin gözlənildiyini açıqlayıb. Bildirilir ki, payız-qış dövründə büdcə kəsiri daha çox neft və təbii qaz gəlirlərinin azalması ilə bağlıdır.
Xatırladaq ki, G7 ölkələri Rusiya nefti üçün tavan qiymətini 60 dollar müəyyən etmişdilər. Tətbiq 5 dekabr 2022-ci ildə qüvvəyə minib.