“Kim istəsə Rusiyada baş verən qiyama qarşı özünün fərdi dəstəyini verə bilər. Amma rəsmi olaraq dövlət və Milli Məclis səviyyəsində qiyamın qınanması ilə bağlı hər hansı dəstək addımları apardığımız balanslı siyasətə ziddir.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov həmkarı Qüdrət Həsənquliyevin Rusiyada baş verən qiyamın rəsmi müstəvidə pislənilməsi ilə bağlı fikrinə münasibətdə bildirib.
“Azərbaycan hər bir dövlətlə özünün siyasətini düzgün qurub və balanslı siyasətinə davam edir. Ona görə də, Rusiyada baş verən qiyamın qınanması ilə bağlı Azərbaycandan rəsmi olaraq dəstəyin verilməsinə gərək yoxdur. Azərbaycan xalqı, ictimaiyyəti Ukraynaya olduğu kimi, özünün dəstəyini fərdi olaraq verə bilər”.