Yazını böyüt
Yazını kiçilt
Rusiyada toyuq və mal əti istehlakı azalarkən, alternativ olaraq ən ucuz hinduşka və donuz ətinə üstünlük verilir.
Hafta.az-ın yazdığına görə, aprel ayında ölkədə toyuq və mal əti istehlakı müvafiq olaraq 23 faiz və 24 faiz azalıb.
Rusiyada son bir ildə qoyun ətinin qiyməti 30-40 faiz artıb.
1,5 kiloqram ət, 500 qram soğan, sirkə, qara bibər və duzdan hazırlanan dörd nəfərlik şiş kabab orta hesabla 10-20 faiz bahalaşıb.
Toyuqdan hazırlanan şiş kababın qiyməti 20 faiz artaraq 389 rubl olub. Bu qiymət donuz əti üçün 739,5 rubl (13 faiz artım), hinduşka əti üçün 814,5 rubl (10,3 faiz artım) qeydə alınıb.