Rusiyada koronavirus infeksiyasına qarşı 47 peyvənd üzərində iş gedir

10:39 21.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın 14 müəssisəsində COVID-19 infeksiyasına qarşı 47 peyvənd üzərində iş gedir.

Bu barədə Baş nazirin müavini Tatyana Qolikova məlumat verib.

Onun sözlərinə görə, koronavirusun müəyyən edilməsi üçün 24 test sistemi qeydə alınıb. Peyvəndlərin və test sistemlərinin işlənib hazırlanması üçün 3,1 milyard rubl vəsait ayrılıb.

Bundan əlavə, Baş nazirin müavini dünyada koronavirusun müalicəsi üçün 5 dərman üzərində də iş aparıldığını, istehsalçılar arasında Rusiyanın da olduğunu deyib.

Hazırda Rusiyada COVID-19 infeksiyasına yoluxanların sayı 300 min nəfəri keçib. Xəstələrin sayına görə dünyada ikinci yeri tutan Rusiyada indiyədək bu xəstəlikdən 2972 nəfər dünyasını dəyişib.

Oxunma sayı 263