Rusiyada müflis olan şirkətlərin borcu 2,1 trilyon rubla çatıb

09:15 28.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada müflis olmuş şirkətlərin ümumi öhdəlikləri ötən il 1,3 dəfə artaraq 2,1 trilyon rubla və ya təxminən 25,7 milyard dollara çatıb.

Hafta.az-ın yazdığına görə, rəsmi məlumatlarda deyilir ki, özəl sektorda müflis olmuş şirkətlərin ümumi borcu ötən il 1,21 trilyon rubldan 1,67 trilyon rubla yüksəlib.

2022-ci ildə müflis olan şirkətlərin sayı isə əvvəlki ilə nisbətən 12 faiz azalaraq 8900-ə düşüb.

Ötən il ölkədə müflis olmuş şirkətlərə qarşı tələblərin əksəriyyəti, yəni 69,4 faizi kreditorlar tərəfindən verilib.

İşlərin 37,5 faizi 500 min rubldan 3 milyon rubla qədər borclara, 30 faizi 500 min rubldan aşağı borclara, 18 faizi 3 milyondan 10 milyon rubla qədər borclara aiddir.

Ötən il Rusiyada məhkəmələr 274 min vətəndaşı müflis elan edib.