Rusiyada öldürülən azərbaycanlıların nəşləri VƏTƏNƏ GƏTİRİLƏCƏK

12:31 28.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən azərbaycanlıların nəşlərinin vətənə gətirilməsi ilə bağlı tədbirlər görülür.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Hafta.Az-a verilən məlumata görə, Rusiyada qətlə yetirilən soydaşlarımızın nəşinin Azərbaycana gətirilməsi ilə bağlı XİN-in Rusiyadakı Baş Konsulluğu tərəfindən müvafiq tədbirlər görülür:

"Həmyerlilərimizin nəşinin ölkəmizə nə zaman gətiriləcəyi isə hələlik məlum deyil." - deyə XİN-dən bildirilib.

Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı qardaşlar Ziyəddin və Hüseyn Səfərovları, eləcə də onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov OMON-çular tərəfindən döyülərək amansızcasına qətlə yetirilib.