Rusiyadan Azərbaycana pul köçürmələri 5.5 DƏFƏ ARTIB

11:59 21.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

2022-ci ildə ruslar MDB ölkələrinə demək olar ki, 24 milyard dollar köçürüblər - bu məbləğ bir il əvvəllə müqayisədə 2,45 dəfə artıb.

RİA Novosti Qazaxıstan, Ermənistan, Qırğızıstan, Gürcüstan və Özbəkistanın Mərkəzi Banklarının statistik məlumatlarına istinadən yazır.

Rusiyadan fiziki şəxslər tərəfindən ən çox vəsait Özbəkistana göndərilib - 14,5 milyard dollar (artım 2,6 dəfə). Eyni zamanda, artım templəri baxımından liderlik Qazaxıstana keçib: ruslar 2021-ci ildəkindən altı dəfə çox, 773 milyon dolları ölkə hesabına köçürüblər.

Gürcüstana köçürmələrin məbləğində də böyük artım qeydə alınıb - o, 5 dəfə artaraq 2 milyard dollara çatıb. Ermənistana köçürmələr dörd dəfə artaraq 3,6 milyard dollara çatıb. Qırğızıstana köçürmələrin artımı daha az əhəmiyyətli olub (2,69 milyard dollardan 2,78 milyard dollara qədər).
Azərbaycan Mərkəzi Bankının statistikası hələ ki, ilin yalnız 9 ayı üçün mövcuddur, lakin hətta bu müddət ərzində dinamika hiss edilib: transfertlər 5,5 dəfə artaraq 2,3 milyard dollar təşkil edib.