Rusiyadan Çinə neft ixracı rekordu keçib

12:35 21.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Yanvarda Rusiyadan Çinə xam neft və mazut ixracı Ukraynada xüsusi əməliyyat başlayandan bəri ən yüksək səviyyəyə çatıb və 2020-ci ilin aprelində qeydə alınan rekordu keçib. Bu barədə Bloomberg Kpler analitik şirkətinin məlumatlarına istinadən xəbər verir.

“Kpler-in fevralın 20-nə olan məlumatlarına görə, keçən ay Rusiyadan Çinə neft və mazutun ümumi ixracı gündəlik 1,66 milyon barrelə çatıb. Bu, Asiya ölkəsinin virusla bağlı ilkin məhdudiyyətlərindən çıxdığı 2020-ci ilin aprelində qeydə alınan əvvəlki rekorddan çoxdur.