Rusiyadan Çinə təbii qaz nəqlində yeni rekord

10:44 04.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yanvar-noyabr aylarında Çin - Rusiya təbii qaz kəmərləri sisteminin şərq qolu olan “Sibirin gücü” boru kəməri ilə Rusiyadan Çinə qaz nəqli 20 milyard kubmetri keçib və bu, yeni rekorddur.

Hafta.az-ın “China Daily” qəzetinə istinadən yazdığına görə, Çinin milli boru kəməri operatoru “PipeChina” bildirib ki, ilin əvvəlindən bu yana boru kəməri ilə 20 milyard kubmetrdən çox təbii qaz nəql edilib və bu da rekord göstəricidir.

Bildirilib ki, istifadəyə verildiyi 4 ildə bu kəmərlə 50 milyard kubmetrdən çox təbii qaz nəql olunub.

Bəyanatda “Boru kəmərinin ötürücülük qabiliyyəti tədricən artırılıb və 2024-cü ildə daha da artacaq. Bu, ölkəyə təbii qazın nəqli imkanlarını əhəmiyyətli dərəcədə yüksəlib" deyilir.

Hazırda Rusiyanın “Qazprom” şirkəti təbii qazı “Sibirin gücü” kəməri ilə Çinə nəql edir. Rusiya-Çin sərhədindən Şanxay şəhərinə qədər uzanan bu kəmərin uzunluğunun 5111 kilometrdir.

Oxunma sayı 193