Rusiyadan Türkiyəyə hər gün 171 təyyarə turist daşıyacaq

10:15 10.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ötən il Rusiyadan 5,5 milyon turistin ziyarət etdiyi Türkiyədə bu il rəqəmlərin artacağı gözlənilir. Müvafiq olaraq, Rusiyadan hər gün 171 təyyarə gələcək və rusiyalı turistlərin ümumi sayı 7 milyona çatacaq.

Hafta.az-ın “Ekonomim”ə istinadən yazdığına görə, Rusiya Turizm Sənayesi Birliyinin vitse-prezidenti Dmitri Qorin, yay dövründə Rusiyadan Türkiyəyə gündəlik 171, həftədə 1150-1200 uçuş həyata keçiriləcəyini, bunun 750-nin Rusiya hava yolu şirkətləri və 400 reysi türk hava yolları olacağını deyib. O, bu halda turistlərin sayının 7 milyona çatacağını bildirib. Ötən il yay mövsümündə həm Rusiya, həm də Türkiyə aviaşirkətləri tərəfindən həftədə cəmi 750-850 uçuş həyata keçirilib.

Tur operatorlar “Coral”, “Anex”, “Pegas”, “Fun&Sun”, “Intourist”, “Tez Tour” və “Biblio-Globus” şirkətlərinin təşkil etdiyi uçuşlar nəzərə alınaraq, Rusiyadan Türkiyəyə gələn turistlərin sayının ötən illə müqayisədə 30-40 faiz artacağı gözlənilir. Türkiyə iyun ayından etibarən Rusiyadan hər gün 171 təyyarə almağa hazırlaşır. “İzvestiya” qəzeti yazıb ki, iyun ayından etibarən Rusiya aviasiya qurumu Türkiyəyə uçuşların sayını 50 faiz artırmaq qərarına gəlib.

Xəbərə görə, yay aylarında Rusiyadan Türkiyəyə həftəlik 1200 uçuş olacaq. Plana əsasən, Rusiyada 10 aviaşirkət 750, türk aviaşirkətləri isə 450 uçuş yerinə yetirəcək. Türkiyəyə ən çox birbaşa uçuşların İstanbul, Antalya, Bodrum, Dalaman və İzmirə edilməsi planlaşdırılır. Bu il Rusiyadan Türkiyəyə; Southwind Airlines, Turkish Airlines, Nordwind Airlines, Azur air, Pegasus Airlines, Corendon Airlines, Red Wings, Aeroflot, Azimut və Yamal uçuşlar həyata keçirəcək.

Antalyaya gələnlərin sayı ilin ilk üç ayında rekord qırsa da, artımın aprel və may aylarında bir az daralacağı, lakin davam edəcəyi bildirilir. Aralıq dənizi Turistik Otelçilər və Operatorlar Dərnəyinin (AKTOB) prezidenti Kaan Kaşif Kavaloğlu, yay mövsümü ilə bağlı gözləntiləri qiymətləndirərkən, yüksəlişin müəyyən bazarlar istisna olmaqla, bu il də davam edəcəyini gözlədiklərini söyləyib: “Rüblük məlumatlarda iki əsas mənbə bazarımız - Almaniya və Böyük Britaniya, təxminən yüzdə 50 artım göstərdi. İlk üç ayda 2019-cu ilin göstəriciləri Almaniya və İngiltərədə aşılıb. Böyük Britaniya son illərdə bazar payını əhəmiyyətli dərəcədə artırıb. Biz gözləyirik ki, inflyasiyanın təzyiqi ilə hər şey daxil, xüsusən də Britaniya ailələrində tələbin dəyişməsi davam edəcək. Rusiya keçən illə müqayisədə 146 faiz artım göstərsə də, bütün il üçün eyni səviyyəni gözləmirik. Beynəlxalq münasibətlərin gedişinə uyğun olaraq mövqeyimizi müəyyən edəcəyik”.

Yüksək potensiala malik yan bazarlar arasında ən böyük artımın yüzdə 76 nisbəti ilə Polşada yaşandığını ifadə edən Kavaloğlu, bu bazarı ilk növbədə inkişaf etdirilməsi lazım olan bir ölkə olaraq gördüklərini ifadə edib.

Antalyanın aparıcı turizm qrupu Cornelia Diamond Golf Resort & SPA-nın baş direktoru Zəfər Alkaya 2023-cü ilin ilk 3 ayını qiymətləndirib. Cornelia Diamond Golf baş direktoru Alkaya Türkiyənin Rusiyada ilk seçim olmağa davam etdiyini və hər ölkənin əsas bazar olduğunu söylədi. Zəfər Alkaya, mövsümlə bağlı qiymətləndirmələrində "Rusiya bu il də Antalya üçün çox əhəmiyyətli bazar olacaq. Türkiyənin, xüsusən də yüksək mövsüm üçün Rusiya bazarında bəlkə də yeganə məqbul alternativ olması əhəmiyyətli bir üstünlükdür. Bu il Rusiya bazarında gözlədiyimiz sürəti əldə edəcəyik. Yenə yüksək mövsümə yetişəcəyimizi düşünürük. Mərkəzi Avropa ölkələri, xüsusilə Almaniya, qiymətyönümlü bazarlar kimi seçilir. İtaliya və İngiltərə bazarı da Almaniya qədər inkişaf edib. Ümumilikdə Avropa ilk növbədə iqtisadi məhsullarla maraqlansa da, hazırda ingilislər Bələkdə çox mühüm iştiraka malikdirlər. Qolf Turizmi baxımından ingilislər Bələkə böyük maraq göstərir. İngiltərə bazarı keçən mövsüm Antalyada üçüncü bazar idi. Biz Böyük Britaniya bazarından yenidən yaxşı performans gözləyirik və düşünürük ki, Böyük Britaniya bazarı reytinqdə tam olaraq üçüncü yerdə qalacaq” deyib.