Rusiyadan ucuz neft alanlar narahatdır

09:25 13.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Sanksiyalardan sonra Rusiya neftinə 25-30 dollar endirimlər keçmişdə qaldı. Hazırda dünya neft qiymətləri ilə Rusiya nefti arasında maksimum 4 dollar fərq var”.

Hafta.az-ın yazdığına görə, bu barədə məqalə dərc edən “The Times of India” qəzeti bildirib ki, Rusiya neftinə endirimlər 25-30 dollar həddinə çatdıqdan sonra təxminən 87 faiz azalıb.

Sənaye nümayəndələrinə əsaslanan xəbərlərdə satıcıların Rusiya nefti ilə Brent nefti arasındakı qiymət fərqini aradan qaldırmaq və Qərbin tətbiq etdiyi tavan qiymətini qırmaq üçün daşınma qiymətlərindən imtina etdiyi bildirilib.

Qiymətlərin aşağı düşməsi davam edərsə, hindistanlı alıcıların tezliklə Rusiya neftinə endirimlərdən tamamilə məhrum ola biləcəyi proqnozlaşdırılır.

Bildirilir ki, Rusiya neftində endirimlərin azalmasının əsas səbəbi son vaxtlar dünyada neftin qiymətinin aşağı düşməsidir və bunda tankerlərin ucuzlaşması da təsirlidir.

Hindistanın neft idxalında Rusiyanın payı bu gün 40 faiz civarındadır. Rusiya Ukraynada müharibəyə başlayanda bu nisbəti 2 faizdən aşağı idi.