Rusiyalı milyarderlərin sərvəti 32 milyard dollar artıb

18:33 01.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ən varlı rusların sərvəti 2023-cü ilin əvvəlindən 32 milyard dollardan çox artıb. Sanksiya altında olan LUKOIL-un təsisçisi Vahid Ələkbərov Rusiya Federasiyası vətəndaşları arasında ən çox qazanıb, yanvar ayından onun sərvəti 5,9 milyard dollar artaraq 21,3 milyard dollara çatıb. Bu barədə Bloomberg məlumat yayıb.

Ələkbərovdan sonra ümumi mənfəətə görə ruslar arasında siyahıda yanvardan bəri 4,98 milyard dollar zənginləşən Novolipetsk Dəmir-Polad Zavodunun direktorlar şurasının sədri və əsas səhmdarı Vladimir Lisin yer alıb. Ümumilikdə o, 24,8 milyard dollar qazanıb.

Ən zəngin rus sərvəti 29,8 milyard dollara yüksələn Norilsk Nikel şirkətinin prezidenti Vladimir Potanin olaraq qalır. 2023-cü ilin əvvəlindən Potanin kapitalını 1,23 milyard dollar artırıb.