Konstantin Loxanovun, eləcə də Rusiyanı tərk edərək bu yay Kaliforniyaya köçən qılıncoynadan cütlük Sergey və Violetta Bidanın ABŞ adına yarışacağı bəlli olub. Son Olimpiadanın gümüş mükafatçısı Sergey Bidanın ABŞ üçün komanda yarışında çıxış etdiyi və qızıl medal qazandığı da bildirilir.
Sergey Bida “Rosqvardiya”, Violetta Bida isə CSKA və Rusiya Müdafiə Nazirliyinin üzvüdür. Rusiya ər-arvad qılıncoynadanları ölkəni tərk etdikdən sonra onların həbsinə order verib.
Hafta.az-ın “USA Today”a istinadən yazdığına görə, ABŞ Qılıncoynatma Federasiyası Konqresə məktub göndərərək iki qılıncoynadana zəmanət verib.
İdmançıların ABŞ adından Olimpiadada iştirak etməsi üçün onlar ABŞ vətəndaşı olmalıdırlar. Bununla belə, iyulda Olimpiya Oyunları başlamazdan əvvəl idmançıların vətəndaşlıq alması üçün xüsusi qanun layihəsi və Co Baydenin imzası tələb olunur.