Rusiyanın beynəlxalq ehtiyatları 12 milyard dollar azaldı

18:41 16.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Fevralın 3-dən 10-dək Rusiyanın beynəlxalq valyuta ehtiyatlarının həcmi 12 milyard dollar azalaraq 589 milyard dollar təşkil edib.Bu ayın əvvəlində bu rəqəm 601 milyard dollar civarında olub, TASS Mərkəzi Bankın statistikasına istinadən xəbər verir.

Həftə ərzində beynəlxalq ehtiyatların həcmində azalma 2% təşkil edib. Valyuta tənzimləyicisi buna büdcə qaydası çərçivəsində müxtəlif maliyyə əməliyyatlarının səbəb olduğunu bildirib.

“Fevralın 10-na beynəlxalq ehtiyatların həcmi mənfi yenidən qiymətləndirmə, eləcə də büdcə qaydası çərçivəsində aparılan əməliyyatlar nəticəsində bir həftə ərzində 12 milyard dollar və ya 2% azalaraq 589 milyard dollar təşkil edib”, - deyə Mərkəzi Bankdan bildirilib.