Rusiyanın ən iri taxıl müştəriləri

10:30 09.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu yay Rusiyadan ən çox taxıl alan ölkələr Misir, Türkiyə və İran olub. Taxıl İxracatçıları Birliyi Rusiyanın iyul-sentyabr aylarında Misirə 2 milyon tondan çox taxıl ixrac etdiyini açıqlayıb. Misir Rusiyadan taxıl idxalını 9 faiz artırıb.

Hafta.az-ın yazdığına görə, üç ayda ixrac olunan taxılın ümumi həcmi ötən illə müqayisədə 61 faiz artaraq 18,18 milyon tona çatıb.

Rusiyadan ən çox taxıl alan ikinci ölkə 1,86 milyon tonla Türkiyədir. Ancaq Türkiyənin taxıl idxalında əvvəlki illə müqayisədə 10 faiz azalma var.

Bu iki ölkəni 1,81 milyon tonla İran və 1,66 milyon tonla Səudiyyə Ərəbistanı izləyir. Liviya 1,1 milyon tonla beşinci yerdədir.

“Bloomberg” sentyabrın sonunda verdiyi hesabatda Misirin Rusiyadan buğda idxalını Fransaya keçirmək qərarına gəldiyini yazıb.