Rusiyanın hansı şəhərlərində mənzil almaq daha sərfəlidir?

10:15 11.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada aparılan yeni bir araşdırma şəhərləri yeni mənzil əldə etmək asanlığına görə sıralayıb.

Hafta.az-ın Arendator.ru-ya istinadən yazdığına görə, saytın apardığı araşdırmada bölgələrdə mənzil qiymətləri və orta əməkhaqqı müqayisə edilib.

Müvafiq olaraq, Moskva sakini orta əməkhaqqı ilə 10 il ərzində yığdığı pulla şəhərdəki mənzillərin 50,1 faizini almaq imkanına malikdir. BU göstərici Sankt-Peterburqda 58,1 faiz hesablanıb.

Bu göstəricinin ən yüksək olduğu yerlər təbii ehtiyatlarla zəngin bölgələrdir. Yakutiyada bu göstərici 88 faiz, Yamalo-Nenetsdə 97 faiz, Xantı-Mansıda 98 faiz, Saxalində 99,9 faizdir.

Siyahının sonunda Kareliya və Kuban bölgələri var. Kareliyada 10 ildir orta gəlirinə toxunmayan bir şəxs bölgədə satışda olan mənzillərin yalnız 29,6 faizini almaq gücünə malikdir. Kubanda bu göstərici 30,8 faiz təşkil edir.