Rusiyanın Maliyyə Nazirliyi neft və təbii qaz gəlirlərindəki azalmanın davam etdiyini açıqlayıb. Nazirlik rəsmiləri bildirirlər ki, iyun ayında gəlirlər 44 milyard rubl və ya 545 milyon dollar azalacaq.
Hafta.az-ın yazdığına görə, Rusiya federal büdcəni hazırlayarkən neft və qaz gəlirlərinin smetasını təqdim edib. Təxmin olunan gəlirlə əldə edilən gəlir arasındakı fərq “müəssisə” adlanır. Nazirlik həmçinin may ayında gəlirlərin 30,6 milyard rubl azaldığını açıqlayıb.
Bununla belə, may ayında Rusiya büdcəsinin Asiya bazarından neft və təbii qaz gəlirləri 571 milyard rubl (7 milyard dollar) səviyyəsindədir. Bu, təəccüblü rəqəm kimi görünsə də, aprel ayı ilə müqayisədə gəlirlərin 12 faiz azalması Rusiya iqtisadiyyat işçiləri arasında narahatlıq yaradır.
Nazirlik rəsmiləri qeyd ediblər ki, bu il neft və təbii qaz gəlirlərindəki ümumi itki 35 faizdir. Ən böyük itki isə Rusiyanın “düşmən” kimi müəyyən etdiyi Qərb ölkələrinə ixracdadır.
Rusiyanın neft ixracının 96 faizi Hindistan, Çin, Türkiyə və Braziliyaya gedir.