Rusiya Mərkəzi Bankı ölkənin tədiyə balansının iyunda "mənfiyə çevrildiyini" rəsmən açıqlayıb. Hesabatda cari hesabın kəsiri 1,4 milyard dollara çatıb.
Hafta.az-ın sözügedən bankın rəsmi məlumatına istinadən yazdığına görə, bunun əsas səbəbləri kimi Rusiya şirkətlərinin divident elanları, ixracın daralması səbəbindən gəlirlərin azalması və turizm mövsümü ilə əlaqədar xarici valyutaya tələbatın artması göstərilir.
RBC-nin məlumatına görə, pandemiya böhranı 2020-ci ilin avqustunda pik həddinə çatdıqdan sonra ilk dəfə olaraq tədiyyə balansı mənfi dəyər göstərib.
Mərkəzi Bankın məlumatlarından aydın olur ki, əmtəə ixracında azalma iyun ayında da davam edib. Ötən ayın sonunda idxal 26,1 milyard dollar, ixrac isə 32,5 milyard dollar olub, 6,4 dollarlıq xarici ticarət müsbət saldosu yaranıb.
2023-cü ilin birinci yarısının yekunlarına görə, xarici ticarətin müsbət saldosu 54 milyard dollara qədər azalıb ki, bu da 2022-ci ilin birinci yarısındakı 180 milyard dollardan 3,3 dəfə azdır.