Rusiyanın Ermənistanın hazırda “Tavuş mərzinin Berd rayonu” adlanan qəqim Azərbaycan torpağı olan Tovuzqala ərazisində iyun ayından tikməyə başladığı hərbi bazanın yeni görüntüləri yayılıb.
Hafta.az xəbər verir ki, bu haqda məlumat və fotolar sosial şəbəkələrin erməni seqmentində yayılıb.
Söhbət Ermənistanın Tavuş mərkəzi Berd rayonunun Ayqepar kəndi yaxınlığında yerləşən keçmiş sovet hərbi aerodromunun ərazisində- Tovuz rayonunun Əlibəyli kəndindən cəmi 1 km məsafədə tikilən hərbi bazadan gedir.
Xatırladaq ki, bu il iyunun 17-də Ermənistan hökuməti "Ermənistan ərazisində Rusiya hərbi bazasının dislokasiya məntəqələri haqqında" protokol imzalayıb.
Yerli sakinlərin fikrincə, həmin yerdə Rusiya Silahlı Qüvvələrinin Gümrüdəki 102-ci bazasının tərkibindən ibarət bölmə yerləşəcək. Tikinti rəhbərləri arasında Rusiya hərbçilərinin olması bunun dolayısı ilə təsdiqidir.
Ermənistan Müdafiə Nazirliyi tikilməkdə olan obyektin xarakteri, hərbçilərin sayı və obyektin təyinatı barədə məlumat vermir.
Zəruri arayış və şərh:
Hazırda “Ermənistan” adlanan qədim Azərbaycan ərazisində yerləşən Berd şəhəri – Tavuş mərzində yerləşir. Yaşayış məntəqəsinin əsl tarixi adı Tovuzqaladır.
Tovuzqala Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında ( Emənistanın keçmiş Şəmşədil rayonunda) kənd olub. Albaniyanın erkən orta əsrlərdə qalalarından birinin adıdır. “Alban tarixi”ndə adı 827-ci ilə aid hadisələrlə əlaqədar çəkilir (III kitab, 20-ci fəsil). Tovuz çayının sıldırım sahilində tikilmiş qala çayın adı ilə adlanmışdır (Qudyalçay və Qudyalqala-Quba kimi). Çayın adı isə qədim türk dillərində taus “səs-küy” sözündən ibarətdir. Tavusçay “səs-küylü çay” mə’nasındadır.
Təəssüf ki, 1946-cı ildə kənd ermənicə Berd adlandırılmışdır.
Rusiya qoşunlarının Azərbaycanın Tovuz, Gəncə, Qazax, Şəmkir əraziləri ilə və qlobal kommunikasiya xəttləri, o cümlədən neft-qaz kəmərlərinin keçdiyi yaxın ərazidə yerləşdirilməsi təhlükəli perspektivdən xəbər verir...