Yazını böyüt
Yazını kiçilt
Rusiya Mərkəzi Bankının məlumatına görə, ölkənin xarici borcu 2025-ci ilin birinci rübündə 22,1 milyard dollar artaraq aprelin 1-nə 312,4 milyard dollara çatıb.
Hafta.az-ın yazdığına görə, bu, ilin əvvəli ilə müqayisədə 7,6 faiz artım deməkdir.
"2025-ci il aprelin 1-nə Rusiyanın xarici borcu 312,4 milyard dollar hesablanıb. Bu rəqəm ilin əvvəli ilə müqayisədə 7,6 faiz artaraq 22,1 milyard dollar təşkil edib", - AMB-nin məlumatında deyilir.
Bankın təxminlərinə görə, artımın əsas səbəbi “digər sektorların öhdəliklərinin yenidən müsbət qiymətləndirilməsi” olub.