Rusiyaya gələn xarici turistlərin sayı 25 DƏFƏ AZALIB

12:30 10.02.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın bir neçə il əvvəl böyük ümidlərlə turizm sahəsində başlatdığı layihələr Ukraynada apardığı müharibə səbəbindən dayanıb. Tur Operatorları Assosiasiyası - ATOR 2022-ci ildə ölkəyə gələn xarici turistlərin sayının pandemiyadan əvvəlki dövrlə müqayisədə cəmi 4 faiz olduğunu açıqlayıb.

Hafta.az-ın FSB-nin məlumatlarına istinadən yazdığına görə, 2022-ci ildə ölkəyə gələn əcnəbi turistlərin sayı 200 mindən bir az çox olub. Hansı ki, Rusiya pandemiyadan əvvəl - 2019-cu ildə 5 milyondan çox turisti qəbul edib.

ATOR rəsmiləri azalmanı Avropa ölkələri ilə hava nəqliyyatının dayandırılması, həmçinin turistlərin Rusiyada "Visa" və "Mastercard" kimi kartlarından istifadə edə bilməməsi ilə izah edir.

2022-ci ildə alman turistlər 25400 nəfərlə Rusiyaya ən çox səfər ediblər. 22600 turist vizası ilə türklər ikinci, 14600 ziyarətçi ilə iranlılar üçüncü yerdədir. "Covid" məhdudiyyətlərinin davam etdiyi Çindən 2022-ci ildə Rusiyaya səfərə gələnlərin sayı isə 842-də qalıb.

Mütəxəssislər qeyd edirlər ki, turist vizası almaq daha asan olduğundan, əksər əcnəbilər bu vizaya iş və ya qohumlarını ziyarət etmək üçün müraciət edirlər.