Rusiyaya gəlmiş İtaliya vətəndaşında koronavirus aşkarlanıb

14:27 05.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada koronavirusa yeni yoluxma faktı aşkar edilib.

Hafta.az xəbər verir ki, Rusiyada koronavirusla bağlı vəziyyətə nəzarət və monitorinq qərargahının məlumatına görə, COVID-19 virusu İtaliya vətəndaşında aşkar edilib. O, Rusiyaya fevralın 29-da gəlib, martın 2-də tibb müəssisəsinə müraciət edib və onda koronavirus aşkarlanıb.

Qərargahın məlumatına görə, xəstənin vəziyyəti qənaətbəxşdir və o, müvafiq müalicə alır.