Rusiyaya idxaldan qurtulmaq üçün 10 il lazımdır

09:45 13.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada son doqquz ildə mütəmadi yerli istehsalın təşviqi kampaniyalarına baxmayaraq, ölkədəki sənaye müəssisələrinin hələ də idxal olunan avadanlıqdan böyük asılılıqda olduğu qeyd edilir.

Hafta.az-ın yazdığına görə, Ali İqtisadiyyat Məktəbinin Konyuktura Araşdırmaları Mərkəzinin araşdırmasında paylaşılıb ki, Rusiya sənaye sektoruna xarici avadanlıqların payını azaltmaq üçün təxminən 10 il vaxt lazımdır.

Araşdırmalara görə, Rusiyada sənaye müəssisələrinin yalnız yarısı idxal avadanlıqlarından asılı olmadan məhsul istehsal etmək imkanına malikdir. O cümlədən, əczaçılıq sənayesi idxaldan asılılığı ən sürətlə azalda bilən sektorlardan biridir.

Maşın istehsalı, elektrik avadanlıqları, rezin və plastik məmulatlar, motorlu nəqliyyat vasitələri, yarımqoşqular, kompüter və optika məhsulları da idxaldan asılılığı azaltmaq üçün yüksək potensiala malik sektorlar siyahısına daxildir.

İçki, qida məhsulları və hazır geyim istehsalçılarının yalnız 20 faizi idxal məhsullarına alternativ istehsal edə bildiklərini bildirir.

İstehsal müəssisələri arasında idxalı əvəz etmək üçün ən çox tələbat toxuculuq (müəssisələrin 61 faizi), kimya məhsulları (56 faiz), qida (55 faiz) və hazır geyim (54 faiz), əczaçılıq və tibbi ləvazimatlar (50 faiz) təşkil edir.