Rusların ən çox işgüzar səfər etdiyi ölkələr bəlli olub

13:10 31.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2022-ci ildə Rusiya iş dünyası nümayəndələrinin xaricə səfərlərinin payı 7 faizdən 11 faizə yüksəlib. 2019-cu ildə bu nisbət 21 faiz olub.

Hafta.az-ın yazdığına görə, ötən il Rusiyada iş adamlarının xaricə ən çox işgüzar səfərə getdiyi yerlərin başında Qazaxıstan, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri gəlir.

Səfərlərin 14 faizi Qazaxıstan və Türkiyəyə, 7 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 6 faizi Özbəkistana, 5 faizi Ermənistana olub.

Rusiyalı iş adamlarının beynəlxalq səyahətlərinin orta müddəti səkkiz gündən yeddi günə enib.

Rusiyadan xaricə səfərlər üçün alınan aviabiletlərin orta qiyməti ötən il 63 faiz artaraq 47 min rubl olub.