Yazını böyüt
Yazını kiçilt
“Sber”in Rabota.ru ilə birgə apardığı “pensiyaya çıxandan sonra yaşamaq üçün ən yaxşı şəhər” araşdırmasında bu il Soçi ilk yerə çıxıb.
Hafta.az-ın yazdığına görə, sorğuda iştirak edənlərin 26 faizi pensiyaya çıxanda Rusiyanın məşhur kurortunda yaşamaq istədiklərini bildirib.
İkinci yerdə 19 faizlə Rusiyanın digər “günəşli bölgəsi” Krasnodardır. Üçüncü yeri 18 faizlə Anapa tutub.
Bu üç cənub şəhəri 15 faizlə Mineralnıye Vodı və 14 faizlə Sankt-Peterburq davam etdirib.
Qəribədir ki, yaşlı insanların dincələ biləcəyi rahat şəhərlərin sıralamasında paytaxt Moskva 8-ci yerdə qərarlaşıb.