Rusların xaricə valyuta köçürmələri azalır

10:30 14.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna böhranı və sanksiyalardan sonra rekord həddə artan rusların xaricə valyuta köçürmələri və kapital axını azalmaqda davam edir.

Hafta.az-ın yazdığına görə, Mərkəzi Bankın son “Maliyyə bazarı risklərinin təhlili” hesabatına əsasən, 2023-cü ilin iyul-sentyabr aylarında fərdi hesablardan transsərhəd valyuta köçürmələrinin həcmi əvvəlki rüblə müqayisədə üçdə bir azalaraq 2,7 milyard dollara düşüb.

Xüsusilə, avro ilə köçürmələr iki dəfədən çox artaraq 1,4 milyard dollara çatıb. Digər tərəfdən, dost ölkələrə pul köçürmələrinin payı da artır.

Rusiyadan sanksiyalar tətbiq etməyən, yəni dost ölkələr kateqoriyasına daxil olan ölkələrə, o cümlədən Türkiyəyə pul köçürmələri üçüncü rübdə bütün əməliyyatların üçdə ikisini (67,7 faiz) təşkil edib.

Xaricə pul köçürmələrində rublun payı da artır. Valyuta köçürmələrindən fərqli olaraq, rublla edilən köçürmələr son rübdə 49 milyard rubl artaraq 267 milyard rubla çatıb.

Mərkəzi Bankın məlumatına görə, rublla ifadə edilən köçürmələr əsasən idxal və xarici alışlar üzrə ödənişlərlə bağlı olsa da, onların bir qismi ruslar tərəfindən xaricə, o cümlədən maliyyə alətlərinə xarici investisiyalar etmək üçün də istifadə edilə bilər.